BİRJA

14 İyul

Qızıl bahalaşıb

ABŞ-dan gələn rekord inflyasiya məlumatlarından sonra dollara üz tutan bəzi investorların qiymətli metala qayıtması ilə qızıl bahalaşıb.
"Fins.az" xəbər verir ki, qızıl ABŞ-dan gələn rekord inflyasiya məlumatlarından sonra investorların təhlükəsiz aktiv olaraq dollara çevrilməsi ilə bahalaşıb.

Çərşənbə günü ABŞ-da iyun inflyasiyası illik 9,1% rekord həddə çatdıqdan sonra spot qızıl dörd həftəlik eniş trendini davam etdirib.

Qiymətli metal son seansda 0,6% artımla bağlanıb. Bildirilir ki, 26-27 iyul tarixlərində keçiriləcək iclasda investorlar ABŞ iqtisadiyyatının tənəzzülə düşə biləcəyi qorxusu səbəbilə FED-in faizləri 100 bənd artırmayacağına daha çox qiymət veriblər.

Müəllif:Aynur Qəniyeva