Bildirilib ki, Çin Maliyyə Nazirliyi iqtisadiyyatı stimullaşdırmaq və infrastruktur investisiyalarını sürətləndirmək üçün yerli hökumətlərə 220 milyard dollar dəyərində özəl istiqrazların satışına icazə verəcək.
"Fins.az" xəbər verir ki, Çinin Maliyyə Nazirliyi iqtisadiyyatı stimullaşdırmaq infrastruktur investisiyalarını artırmaq üçün ilin ikinci yarısında yerli hökumətlərə 1,5 trilyon yuan (220 milyard dollar) özəl istiqraz satışına icazə verməyi nəzərdən keçirir.
Mövzuya yaxın mənbələrə görə, gələcək ilki kvota irəli sürülərək istiqraz satışı ediləcək. Bu, Çinin öz iqtisadiyyatını stimullaşdırmaq üçün sürətləndirilmiş borc alması ilk dəfə olacaq.
Əvvəlki reqlamentə görə, yerli özünüidarə orqanları yeni büdcə ili başlayana qədər istiqraz buraxa bilməzdi. Planın Çin Dövlət Şurası tərəfindən nəzərdən keçirilməsi gözlənilsə də, həyata keçirilməsi üçün Çin Xalq Nümayəndələri Konqresi tərəfindən təsdiqlənməlidir.
Maliyyələşdirmə ilə 1,1 trilyon yuan yeni infrastruktur investisiyalarına köçürüləcək.