BİRJA

06 İyul

Kripto nəhəngi 150 işçisini - İXTİSAR EDİB

Amerika-İsrail kripto kredit təşkilatı Celsius problemli dövrdən çıxa bilmək üçün çarəni işçiləri ixtisar etməkdə tapıb. Keçən ay müştərilərin pul çəkməsini dayandıran və maliyyə böhranı ilə mübarizə aparan şirkət 150-yə yaxın işçisini işdən çıxarıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin LinkedIn-də rəhbər işçilər də daxil olmaqla təxminən 650 əməkdaşı var. Bu göstəricilərə baxsaq, ixtisarlardan şirkətin 23%-nin təsirləndiyini görürük.

Şirkət iyunun ortalarında baş verən qarışıqlıqdan sonra aktivlərin qoruma yollarını araşdırdığını bildirib..