2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 79,0 faiz çox olub.
"Fins.az" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"-da məlumat verilib.
Məlumata görə,qlobal tələbin sürətli bərpası şəraitində dünya bazarında “Azəri Light” markalı neftin bir barelinin ortaillik qiyməti 71,6 ABŞ dolları səviyyəsində qərarlaşmış və ya 2020-ci ildəki orta qiymətindən 63,8 faiz, 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 79,0 faiz çox olub.
Həmçinin bildilir ki, ümumilikdə 2021-ci il ərzində həm daxili, həm də beynəlxalq konyunktur ölkə üzrə əlverişli olmuş, neftin orta qiyməti dövlət büdcəsində proqnozlaşdırılan qiymətdən yüksək olmuş, tədiyə balansında müsbət meyillər qorunub. Qlobal iqtisadi artımla yanaşı, dünya bazarında OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin razılaşdırılması il ərzində yuxarı neft qiymətlərinin olmasını dəstəkləyib.
Müəllif:Aynur Qəniyeva