Goldman Sachs üçüncü həftədə də enişini davam etdirən dəmir filizi üzrə qiymət proqnozunu yenidən nəzərdən keçirib.
"Fins.az" xəbər verir ki, Bank ilin son 6 ayı üçün qiymət proqnozunu təxminən 15 faiz azaldaraq ton üçün 100 dollara endirib.
Məlumata görə, E-poçtla edilən açıqlamada qurum, bazarda artıq təklif və karantinlərdən sonra Çin iqtisadiyyatının açılmağa başlaması ilə 3 aylıq qiymət proqnozunun 90 dollar olduğunu açıqlayıb.
Goldman-ın bu açıqlaması, qiymətlərin təxminən 2 həftə ərzində ən böyük enişini 5%-lə qeyd etdikdən sonra verilib.
İlin ikinci yarısında qurum Çində tələbatın azalması səbəbindən tədarükün 35 milyon tondan artıq olacağı qənaətindədir. Dəmir filizi bu gün Sinqapur vaxtı ilə 10:57-də 4,6 faiz ucuzlaşaraq 109,35 dollara satılırdı.
Müəllif: Aynur Qəniyeva