BİRJA

03 İyul

Mitsubishi şirkətinin səhmləri ucuzlaşır

Fins.az xəbər verir ki, Tokio birjasında “Saxalin-2” layihəsində pay sahibi olan Yaponiyanın “Mitsui” və “Mitsubishi” şirkətlərinin səhmləri Rusiya prezidenti Vladimir Putinin operator şirkətinin əmlakının dövlətə verilməsi haqqında fərmanından sonra çöküb.

“Mitsui” səhmləri iyulun 1-də bir səhm üçün 6,14 faiz ucuzlaşaraq 2810 yen (20,8 dollar), “Mitsubishi” səhmləri isə iyunun 30-u ilə müqayisədə 5,6 faiz ucuzlaşaraq 3811 yenə (28,2 dollar) düşüb.