Rusiyanın qaz tədarükünün kəsilməsini artırmasından sonra keçən həftə 9.1% bahalaşan təbii qaz qiyməti, həftənin ilk ticarət günündə də yüksəlişini davam etdirib.
"Fins.az" xəbər verir ki, Rusiya tərəfindən artan kəsintilər səbəbindən anbarların doldurulma sürətini azaldarkən, bu vəziyyət davam edərsə, qış aylarında evlərin isidilməsi üçün lazımi səviyyələrə çatma təhlükəsi yarada biləcəyi bildirilir. Təbii qaz qiymətləri həftəyə 6.9%-ə qədər artımla başlasa da, əsas təchizatçı olan Rusiyanın Avropaya ana tədarük xəttini 60% kəsməsindən sonra alıcı ölkələrin alternativ təchizatçı tapmaqda çətinlik çəkdiyi qeyd edilib. Rusiyadan Avropaya əsas təbii qaz tədarük xətti olan “Şimal axını” boru kəmərinin gələn ay təmir üçün tamamilə dayandırılması ilə mövcud vəziyyətin daha da pisləşə biləcəyi gözləntiləri var.
Avropada ötən həftə 9.1% bahalaşan təbii qaz qiyməti bu həftəyə 3.5% artımla başlayıb və 133.03 avroya yüksəlib.