Əsas Mərkəzi Bankların faiz dərəcələrini artırması fonunda tənəzzül riskləri səbəbilə neft qiymətləri 2%-dən çox ucuzlaşıb.
Fins.az xəbər verir ki, “Brent” markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 2,5 dollar və ya 2,3% ucuzlaşaraq 109,22 ABŞ dolları olub.
WTI markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 2,6 dollar və ya 2,7% azalaraq 103,46 ABŞ dollarına enib.