Avropa İttifaqı Rusiya qızılı ilə bağlı sanksiyalar tətbiq etməyi düşünür.
"Fins.az" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası mümkün yeni sanksiyalar paketinə Rusiya qızılını daxil etməyə çalışır. Tədbirlərin Rusiya qızılının Aİ-na idxalına və ya Rusiya Federasiyasına metal tədarükünə təsir göstərəcəyi hələlik bəlli deyil.
Reuters qeyd edir ki, 23-24 iyunda Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində bu həftə sanksiyalar üzərində işin davam etdirilməsi gözlənilir. Agentliyin məlumatına görə, sammit iştirakçılarının bəyanatlarının layihəsi kompromis xarakteri daşıyır və bu, Rusiyaya qarşı yeni sanksiyalar paketində israrlı olan ölkələr və daha əvvəl elan edilmiş tədbirlərin həyata keçirilməsinə diqqət cəlb etməyə çağıran ölkələr tərəfindən qəbul ediləcək.