BİRJA

16 İyun

Neftin qiyməti artıb

Sabit tələb fonunda xammal tədarükünün azalması ilə bağlı narahatlıqlar dünya bazarlarında neftin qiymətini artırıb.

Fins.az xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 0,3 % bahalaşaraq 118,87 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,45 % artaraq 1 bareli 115,83 ABŞ dolları təşkil edib.

Rusiyanın enerji sektoruna qarşı sanksiyalar və Çində tələblə bağlı müsbət gözləntilər fonunda tədarüklə əlaqəli narahatlıqlar neft qiymətlərini dəstəkləyən əsas amildir.