BİRJA

14 İyun

İki Wall Street nəhəngi Rusiyanın istiqrazlarının alışından geri çəkilir

ABŞ-da Rusiya istiqrazları üzrə əməliyyat məhdudiyyətlərindən sonra ABŞ-ın iki böyük bankı JPMorgan və Goldman Sachs Rusiya istiqrazları ilə bağlı əməliyyatlardan imtina etmək qərarına gəlib.

"Fins.az" xəbər verir ki, Wall Street-in iki ən böyük bankı JPMorgan və Goldman Sachs, Bayden administrasiyasının ABŞ investorlarına Rusiya istiqrazları ilə ticarət etməsinə qadağa qoymasından sonra bu əməliyyatlardan çəkildiklərini açıqlayıblar.

Bazarda ticarət edən peşəkar investorların fikrincə, iki nəhəng bank bu ay üçün Rusiya istiqrazları üçün alıcı və satıcıları uyğunlaşdırmağa davam edir.

Bloomberg mənbələrinə görə, JPMorgan, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) ABŞ-dakı investorlara Rusiya istiqrazlarını almağı qadağan etdikdən sonra əməliyyatlardan çəkilib, Goldman Sachs sözçüsü isə sözügedən əməliyyatları dayandırdığını açıqlayıb.