Kriptovalyuta bazarında, xüsusən də Bitcoin-in sürətlə ucuzlaşması davam edir.
"Fins.az" xəbər verir ki, bugün Bitcoin 14% də çox dəyər itirərək 21 min dollar səviyyələrinə düşüb. Son 7 gündə Bitcoin 26% ucuzlaşıb.
Son 24 saatda Bitcoin-in qiyməti 20 min 834 dolları da görüb.
Riskli aktivlərdən qaçış və tənəzzül narahatlıqları ilə baş verən satış dalğası kriptovalyuta bazarında da öz təsirini göstərir.
Ether və Avax kimi kriptovalyutalarda da kəskin ucuzlaşma müşahidə olunur.
Kriptovalyuta bazarının ümumi həcmi 1 trilyon dollardan aşağı düşməsi səbəbindən bazara inamın pisləşib. Bitcoin-in qiyməti 20 min dollardan aşağı düşərsə, bu inam daha da sarsıla bilər.