BİRJA

13 İyun

“Əmtəələrdə 50 ilin ən böyük şoku gözlənilir”

Citigroup-un təhlil hesabatında 2022-ci ildə gözlənilən əmtəə şokunun qlobal iqtisadiyyatın 1970-ci illərin əvvəllərində neft böhranı zamanı yaşadığı səviyyəyə bənzər bir səviyyədə baş verəcəyinə diqqəti cəlb edib. 

"Fins.az" xəbər verir ki,Citigroup Inc.-nin mövcud  vəziyyət təhlilinə görə, qlobal əmtəə alıcıları qiymətlərin artması səbəbindən 2022-ci ildə istehsalçılara 2019-cu illə müqayisədə 5,2 trilyon dollar çox ödəməyi gözləyirlər.

Bu artım dünya iqtisadiyyatının 5 faizinə bərabərdir. Fyuçers qiymətlərinin ilin ikinci yarısı üçün reallaşdırıldığı bir ssenaridə bu məbləğ 6,3 trilyon dollar çox olacaq ki, bu da qlobal iqtisadiyyatın 6,2 faizinə bərabərdir.

Təhlil hesabatında qeyd olunur ki, belə bir əmtəə şoku istənilən halda 1970-ci illərin əvvəllərindəki neft böhranı zamanı qlobal iqtisadiyyatın yaşadığı səviyyədə baş verəcək.