ABŞ-ın inflyasiya məlumatlarından sonra sərtləşdirmə qərarı qiymətlərin daha da artması riskli aktivlərlə əlaqəli kriptovalyutalara da məbfi təsir göstərib. Bitcoin 2020-ci ilin dekabrından bəri ən aşağı qiymətə ticarət edilir.
"Fins.az" xəbər verir ki, həftə sonu kriptovalyuta bazarında baş verən sərt satış dalğası yeni həftənin ilk əməliyyatlarında da təsirli olur.
Bitcoin 25.000 dollara qədər ucuzlaşıb və 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsini sınaqdan keçirib. Bitcoin ilə yanaşı, kriptovalyuta bazarının digər mühüm valyutalarında da kəskin ucuzlaşmalar baş verib.
Ethereum son 7 gündə 30% dəyər itirib. Həftənin ilk ticarət əməliyyatlarında Ethereum 1320 dollara qədər ucuzlaşıb. Binance Coin, Cardano və Solana 17% itirib
Son zamanlar riskli aktivlərlə əlaqələndirilən kripto-aktiv bazarı, ABŞ-da soyumamış inflyasiyanın daha aqressiv sərtləşməyə səbəb olacağı gözləntiləri ilə geriləyib.
ABŞ-da inflyasiya rəqəmlərinin proqnozlardan artıq olması aşmasından sonra FED-in növbəti üç iclası pul bazarlarında 50 baza bəndlik faiz artımı ilə qiymətlənir.
May ayında ölkədə inflyasiya illik 8,6 faizə yüksəlib. Aylıq artım proqnozları 1 faiz üstələyib. Baza inflyasiyası da gözləntiləri üstələyib.
Müəllif:Aynur Qəniyeva