BİRJA

10 İyun

MDM tərəfindən yeni ISIN kodlar verilib

 Azərbaycan Respublikasının Milli Nömrələyici Agentliyi olan Milli Depozit Mərkəzi tərəfindən aşağıda qeyd olunan maliyyə alətlərinə Beynəlxalq Eyniləşdirmə Kodu (ISIN) verilib.

"Fins.az" xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayımlayıb. 

Məlumata görə, Beynəlxalq Eyniləşdirmə Kodu (ISIN)  verilən maliyyə alətləri aşağıdakılardır.  

 Emitentin adı: “Drill and Cut” QSC

  • Qiymətli kağızın növü: Adi səhm
  • Qiymətli kağızın forması: Adlı
  • Qiymətli kağızın nominal dəyəri: 0.10 AZN 
  • Qiymətli kağızın miqdarı: 2 721 000 ədəd
  • Qiymətli kağızın ISIN kodu: AZ1001024715

 Emitentin adı: BOKT “Azkredit” ASC

  • Qiymətli kağızın növü: Faizli təmin edilməmiş istiqraz Qiymətli kağızın forması: Adlı
  • Qiymətli kağızın nominal dəyəri: 1000 AZN 
  • Qiymətli kağızın miqdarı: 500 ədəd
  • Qiymətli kağızın ISIN kodu: AZ2001023368

 Emitentin adı: “Caspian Auto İmport” QSC

  • Qiymətli kağızın növü: Faizli təmin edilməmiş istiqraz
  • Qiymətli kağızın forması: Adlı
  • Qiymətli kağızın nominal dəyəri: 1000 AZN 
  • Qiymətli kağızın miqdarı: 350 ədəd
  • Qiymətli kağızın ISIN kodu: AZ2001024531

Qeyd: ISIN kodları Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (International Standards Organization) Texniki komitəsi tərəfindən hazırlanmış ISO 6166 beynəlxalq standartlarına uyğun olaraq verilir.