BİRJA

09 İyun

Freedom Finance Holding-in rəhbəri Timur Trulov Qazaxıstanda artıq 10 ildir yaşayır

Freedom Finance Holding-in rəhbəri Timur Trulov 11 il öncə Qazaxıstana köçüb artıq 10 ildir ki, Qazaxıstanda yaşayır.

“Fins.az” xəbər verir ki, Timur Trulov təxminən 1 aydır ki, Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina edərək Qazaxıstan Respublikasının vətəndaşlığını alıb. “Freedom Finace Holding”-in sahibi Rusiyada mövcud olan biznesini rəhbəri olduğu holdinqin tərkibindən ayıraraq satışa çıxarıb.Onun Rusiya vətəndaşlığından çıxması barədə məlumat 19 aprel 2022-ci il tarixində mətbuatda yayımlanıb.

Xarici mətbuatda dərc olunan məlumatda Timur Trulov şəxsən Rusiya vətəndaşlığından çıxmasını açıqlayaq “Mənim həyati maraqlar mərkəzim 10 ildən artıqdır ki, Qazaxıstandadır, mən burada vergi ödəyicisiyəm, ailəm burada yaşayır, uşaqlarım məktəbə gedir. Mən naturalizasiya prosesinə təxminən beş il əvvəl respublikada daimi yaşamaq icazəsi almışam”-deyə bildirib.

Müəllif: Aynur Qəniyeva