7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108015949 ISIN-li, 40 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 88.1309 (9%) və 98.3112 (6.4%) manat olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8416 (7%) manat, orta ölçülmüş qiyməti 96.9289 (6.7335%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 milyon 290 min 300 manat, yerləşdirilmiş həcmi isə 56 milyon 532 min 300 manat təşkil edilb.
İstiqrazların ödəmə tarixi 1 iyun 2027-ci ildir.
Hərrac iştirakçıları 8 iyun 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.