BİRJA

07 İyun

Avropada qazın qiyməti azalıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 900 ABŞ dollarından yüxarı səviyyədə qərarlaşıb.

6 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 903,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,7% azdır.

Qeyd etmək lazımdır ki, dünən Avropara qazın qiyməti son üç ay ərzində ilk dəfə olaraq 900 dollardan aşağı səviyyəyə enmişdi.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.