BİRJA

03 İyun

BFB-nin ümumi dövriyyəsi 3 dəfə artıb

2022-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 milyard 415 milyon 755,786 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur.

Bu barədə “Fins.az”a BFB-dən məlumat verilib.

Məlumata görə, 4 milyard 135 milyon 147,511 min manat (azalma 7.1%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 803 milyon 894,435 min manat (azalma 38,9%) olub. İlkin bazarda 541 milyon 765,874 min manatlıq, təkrar bazarda 262 milyon 128,561 min manatlıq istiqraz yerləşdirilib.

Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 331 milyon 253,075 min manat (artım 6.2%) təşkil edib. İlkin bazarda 3 milyard 318 milyon 201,707 min manatlıq, təkrar bazarda 13 milyon 51,368 min manatlıq not yerləşdirilib.

Yanvar-may aylarında BFB-nin ümumi dövriyyəsində 441 milyon 136,514 min manat (artım 3 dəfə) korporativ bazarın, o cümlədən 262 milyon 729,514 min manat ilkin bazarın (artım 4,3 dəfə), 178 milyon 407 min manat təkrar bazarın (artım 2,1 dəfə) payına düşüb.