BİRJA

02 İyun

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2060008680 ISIN-li, 15,000,000.00 manat həcmində, 9000 (8951 qalıq) gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

"Fins.az" xəbər verir ki,hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,004.0833 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,000,000.00 manat olmuşdur.

  İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 15,000,000.00  manat təşkil etmişdir.

  İstiqrazların  ödəmə tarixi 4 dekabr 2046-cı ildir.