BİRJA

01 İyun

Milli Depozit Mərkəzinin kupon ödənişləri 24 %-dən çox azaldıb

Milli Depozit Mərkəzi bu ilin may ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

Ötən ay qurum 851 investor üzrə 71,7 milyon manat və 1,4 milyon ABŞ dolları (ümumilikdə 74,1 milyon manat) ödəniş edib.

Bu, ötən ilin may ayına nisbətən 24,4 % azdır.

Ödənişlər Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), "Unibank" ASC, "Embafinans” və “International” QSC-lər bank olmayan kredit təşkilatları (BOKT), “Ferrum Kapital”, “Optimal Elektronika” və “Silk Vey Vest Aviaşirkəti” MMC-lər üçün həyata keçirilib.