"AzFinans İnvestisiya Şirkəti" QSC 2021-ci ili 870 min manat xalis mənfəət ilə başa vurub ki, bu göstərici də 2020-ci illə müqayisədə 557 min manat və ya 63.5% çoxdur.
"Fins.az" xəbər verir ki, bu barədə "AzFinans İnvestisiya Şirkəti" -nin 2021-ci ilə dair maliyyə hesabatında məlumat verilr.
Məlumata görə, şirkətin 2021-ci ildə ümumi gəlirləri 1 milyon 83 min manat artaraq 2 milyon 584 min manata yüksəlib.
"AzFinans"ın 2021-ci il ərzində qiymətli kağızlara investisiyaları 2020-ci illə müqayisədə 6 dəfə artaraq 4 milyon 103 min manata qədər artıb .