Səudiyyənin Sərvət Fondu milyarder şahzadə Əl-Valid Bin Təlalın investisiya şirkətinin 1,5 milyard dollarlıq səhmlərini alıb.
"Fins.az" xəbər verir ki, Dövlət İnvestisiya Fondu Kingdom Holding Co-nun 16,9 faizini şahzadə Əl-Validdən bir səhm üçün 9,09 rupi ödəyərək alıb.
KHC-nin bəyanatında deyilir ki, Şahzadə Əl-Valid 78,1% paya sahib olacaq, qalan 5% isə Səudiyyə Birjasında satılacaq. Şirkətin səhmləri 9,9% bahalaşıb.
Sərvət fonduna krallığın faktiki hökmdarı, vəliəhd şahzadə Məhəmməd bin Salman rəhbərlik edir və digər sektorlara sərmayə qoymaqla neftdən asılı iqtisadiyyatı transformasiya etməyə çalışır.
67 yaşlı şahzadə Əl-Valid Citigroup və Apple kimi şirkətlərdə pay aldıqdan sonra Səudiyyə Ərəbistanının ən yüksək profilli investorlarından birinə çevrilib.
Müəllif:Aynur Qəniyeva