BİRJA

19 May

Millət vəkili kriptovalyutalarla bağlı : "Riskli məsələdir və dövlət burada hökmən ehtiyatlı olmalıdır"

Kriptovayuta bazarında qeyri stabil vəziyyət dövlətin bu sahəyə diqqətinin artırılmasına zərurət yaradır.

Bunu "Fins.az"a açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, qeyd olunan sahə innovativ olsa da, vətəndaşların sosial mövqeyi tərəfindən olduqca riskli hesab olunur. Bu məsələyə dair daha çox araşdırmaya ehtiyac var. Baş verən qiymət oynaması, “Bitcoin”in qiymətini sürətlə enməsini görürsünüz. Hətta 80 ABŞ dollarına satılan bəzi ktiptovalyutaların qiyməti sıfırlanıb. Kifayət qədər pul itirənlər var.

Kriptovalyutalarla bağlı konkret qərarların rikslilik səviyyəsinin yüksək olduğunu bildirərək "Yəni bu məsələ çox innovativ bir məsələ də olsa da, vətəndaşların sosial mövqeyi baxımından çox riskli məsələdir və dövlət burada hökmən ehtiyatlı olmalıdır. Yoxa itkinin sayı o qədər böyük ola bilər ki, qarşısını almaq olmaz”, - deyə Tahir Mirkişili əlavə edib.