BİRJA

16 May

Buğda rekord həddə bahalaşdı-SON 14 İLİN TARİXİ MAKSİMUMU

Hindistanın buğda ixracına qadağa qoyma qərarından sonra benchmark buğda fyuçersləri son iki ayda ən yüksək templə yüksəlib/ 

"Fins.az" xəbər verir ki, Hindistanın ixrac qadağası qərarı buğda bazarında əks-səda doğurub.

ABŞ-da Çikaqo meyar hesab olunan buğda fyuçersləri 6% bahalaşaraq 12,47 dollar olub. Bu artım son iki ayda müşahidə edilən ən yüksək artım olub. Sonuncu artımla ilin əvvəlindən buğda qiymətlərində 60% artım qeydə alınıb.

Hindistan ərzaq təhlükəsizliyi riskinə görə buğda ixracını qadağan edib. Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda ən az  40% artan buğda qiymətinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb.

Hindistan buğdasını əsasən qonşu ölkələr Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.

Avropanın taxıl anbarı kimi tanınan Ukraynaya Rusiyanın hücumu buğda qiymətlərini son 14 ilin ən yüksək səviyyəsinə çatdırması fonunda Ukrayna anbarlarından təxminən 40 milyon ton taxıl ixrac ediləcəyi gözlənilir.

Müəllif: Aynur Qəniyeva