Ukrayna-Rusiya müharibəsinin nəticələri də kənd təsərrüfatı istehsalı perspektivlərinin pisləşməsinə səbəb olur.
"Fins.az" xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozları qlobal bazarlarda buğdanın qiymətinin artmasına zəmin yaradıb.
Məlumata görə,müharibədən tutmuş hava şəraitinə qədər bir çox hadisələr dünya buğda istehsalını təhlükə altına alsa da, ABŞ-da açıqlanan proqnoz narahatlıqları artırıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, dünyanın ən böyük buğda istehsalçılarından biri olan Ukraynada istehsal ötən illə müqayisədə üçdə bir azalacaq.
Digər tərəfdən, quraqlıq, sel və isti dalğaları ABŞ-dan Fransa və Hindistana qədər istehsala mənfi təsir göstərir.Çikaqoda benchmark buğda fyuçersləri ABŞ Kənd Təsərrüfatı Departamentinin növbəti mövsüm üçün ilk qlobal proqnozu ehtiva edən hesabatından sonra icazə verilən maksimum 1 buşel üçün 70 sent bahalaşıb.