BİRJA

12 May

Avropada qaz kəskin bahalaşdı

Rusiya qazının Ukrayna ərazisindən axınının azalmasından sonra Avropada etalon qaz fyuçersləri 11% bahalaşıb.
"Fins.az" xəbər verir ki, Ukrayna böhranı Avropanın qaz bazarına təsirini davam etdirir.

Məlumata görə Ukrayna boru kəməri şirkəti Rusiyanın bölgədəki hücumları nəticəsində çərşənbə axşamı paylayıcı məntəqədə qazın kəsiləcəyini bildirib. Ukrayna şirkəti qazın digər məntəqələrdən paylanmasının davam edə biləcəyini bildirsə də, “Qazprom” bunun mümkün olmadığını açıqlayıb.

Müəllif: Aynur Qəniyeva