BİRJA

12 May

Kriptovalyutaların bazar dəyəri 253 mlrd. dollar azalıb

Bitkoinin qiyməti son 24 saatda 13.43% ucuzlaşaraq 27.222 dollar olub. Beləliklə, kriptovalyutanın dəyəri 1.5 ilin minimumuna enib.

 "Ethereum"un qiyməti isə 22.01% azalaraq 1.855 dollar təşkil edib.

Kriptovalyutaların ümumi bazar dəyəri son 24 saatda 253 milyard dollar azalaraq 1 trilyon 433 milyard dollardan 1 trilyon 180 milyard dollara enib.

Məlumata görə, ABŞ-da ötən ay illik inflyasiyanın azalması fonunda kriptovalyutalar dəyər itirir.