Ukrayna ərzindən Avropaya gedən təbii qaz xətlərinin kəsiləcəyi xəbərindən sonra Avropada təbii qaz qiymətləri kəskin şəkildə qalxıb.
"Fins.az" xəbər verir ki, Ukraynanın boru kəməri şirkəti Rusiyanın bölgəyə hücumları nəticəsində çərşənbə günü paylayıcı məntəqədə qazın kəsiləcəyini bildirib. Ukrayna şirkəti qazın digər məntəqələrdən paylanmasının davam edə biləcəyini bildirsə də, “Qazprom” bunun mümkün olmadığını açıqlayıb. Avropa təbii qazının qiyməti 5,4% artıb.