“Bitkoin”in dəyəri ötən ilin noyabr ayı ilə müqayisədə azalaraq 31 min dollardan aşağı düşüb.
“Fins.az” “BBC”yə istinadən xəbər verir ki, kriptovalyutanın qiyməti son gündə 10%-dən, son həftədə isə 20%-dən çox ucuzlaşıb.
Məlumata görə, “Bitkoin”in bu qədər dəyər itirməsi son günlərdə dünya üzrə fond bazarlarının ucuzlaşması ilə əlaqədardır.