Qızıl çərşənbə axşamı səhər Asiyada dolların zəifləməsi ilə bahalaşıb. İnvestorlar indi inflyasiya məlumatlarını gözləyirlər.
"Fins.az xəbər verir ki, "Qızıl fyuçerslərinin dəyəri 0,24% bahalaşaraq 1 863,89 dollar olub.
Normalda qızıla tərs hərəkət edən dollar çərşənbə axşamı səhər enib. ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizə aparmaq üçün sərtləşdirilmiş siyasəti dolların beş həftəlik qazancını artırıb.
Müəllif: Aynur Qəniyeva