Kriptovalyuta Bitcoin, yüksək inflyasiyaya qarşı monetar siyasətin sərtləşdirilməsinin gözləntilərinin artması fonunda 2021-ci ilin iyul ayından bəri ilk dəfə 31.000 dollardan aşağı düşüb.
"Fins.az" xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası son 24 saatda 10 faizdən çox dəyər itirərək 2021-ci ilin iyulundan bəri ilk dəfə 31 min dollardan aşağı düşüb.
Digər məşhur kriptovalyutalardan biri olan Ethereum-un qiyməti də son 24 saatda 11 faizdən çox azalaraq 2225 dollar olub.
Analitiklər bildiriblər ki, artan inflyasiya ilə mübarizə üçün monetar siyasətin sərtləşdirilməsi və likvidliyin azalması investorları qlobal bazarlarda riskli aktivlərdən uzaqlaşdırıb.
Sinqapurda yerləşən Vauld kriptovalyuta birjasının baş direktoru Darshan Bathija, qlobal miqyasda yüksək inflyasiyanın yaratdığı qorxu səbəbiylə səhmlərdə və kripto pul birjalarında satışın yüksəldiyini müşahidə edildiyini bildirib.