Bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri 50% ucuzlaşıb.
Bu barədə "Coinbase" kriptovalyuta birjasının məlumatında deyilir.
Bildirilib ki, bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan bitkoin ötən ilin noyabr ayında pik həddə çatdıqdan sonra 50% ucuzlaşıb.
Rəqəmsal aktivlərin dəyərinin azalması dünya üzrə fond bazarlarının azalması ilə özünü göstərir.
Bitkoin ümumi dəyəri 650 milyard dollar olan kriptovalyuta bazarının təxminən üçdə birini təşkil edir. Dünyanın ikinci ən böyük kriptovalyutası olan "Ethereum" da ötən həftə 10%-dən çox dəyər itirib.