BİRJA

05 May

“Silk Vey Vest Aviaşirkəti”nin dollar istiqrazlarına 10 investor 10 sifariş təqdim edib

5 may 2022-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan  AZ2003023515 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjanın yaydlığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1000 USD (5%) və 1028.1377  USD (4%) olan 10 sifariş təqdim edilib.

İstiqrazların kəsmə qiyməti 1013.9584 USD (4.5%), orta ölçülmüş qiyməti 1020.3993  USD (4.2719%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 121 min ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon ABŞ dolları təşkil edib.

İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.