BİRJA

04 May

PAŞA Kapital-ın rəhbəri: Bu il bazara yeni emitentlər gətirəcəyik

Bu il PAŞA Kapital-ın fəaliyyəti və bazar mövqeyi ilə bağlı maraqlı il olacaq. 

Bunu "Fins.az"a açıqlamasında PAŞA Kapital investisiya şirkətinin icraçı direktoru Ceyhun Hacıyev deyib.

O bildirib ki, bu il bazara yeni emitentlər gətirəcəyik. Hazırda konkret adlar çəkmək istəmirəm. Komanda olaraq yeni emitentlərin bazara gətirilməsi üzrərində intensiz şəkildə işləyirik. Bu uzunmüddətli prosesdir.

Ceyhun Hacıyev bildirib ki, xarici şirkətlərin Azərbaycandakı böyük dövriyyəyə malik nümayəndəliklərinin Azərbaycanın qiymətli kağızlar bazarına gətirilməsində maraqlıyıq. Bu bizim təşəbbüslə yanaşı  həmin şirkətlərin özlərindən də aslıdır.

O şirkətlərin qiymətli kağızlar bazarında iştiraka hazır olub olmamasından,həmin biznes subyektlərinin maliyyə hesabatlarının şəffaflığından və onların bu göstəriciləri ictimaiyyətə açıqlamaq istəyindən asldır. Məlumdur ki, investisiya şirkəti olaraq biz ictimai  şəkildə qiymətli kağız buraxılışı etdiyimiz üçün bütün bu məlumatlar şəfaf formada cəmiyyətə açıqlanmalıdır.

Müəllif: Aynur Qəniyeva