BİRJA

04 May

Avropada qaz ucuzlaşıb

Avropada hava şəraitinin yumşalması və LNG tədarükü artdıqca yeni həftənin ilk ticarət günündə təbii qaz fyuçersləri azalıb.
"Fins.az"xəbər verir ki,Mövsümi şərait və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü Avropada qaz qiymətlərini aşağı salır.

Avropada təbii qaz qiymətləri üçün göstərici olan Hollandiya fyuçersləri həftənin ilk ticarət günündə  1%-dən çox azalaraq 98 avrodan alınıb.

Xüsusilə Avropada LNG tədarükünün sürətlə artması bazara təsir etdi. Aprel ayında yanacaq tədarükü rekord səviyyəyə çatıb.Bundan əlavə, Rusiya qazının Ukrayna ərazisindən axınının davam etməsi bazarları rahatlaşdıran amil oldu.

Neft bazarları kimi təbii qaz bazarları da Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə diqqət yetirib. Aİ Rusiyaya enerji sahəsində embarqo qoymağa hazırlaşarkən, Macarıstan başda olmaqla bəzi ölkələr bu plana qarşı çıxır. Aİ rəhbərliyinin Macarıstan və Slovakiyaya İttifaq daxilində çatlaq səsləri susdurmaq üçün embarqodan azad etməsi də gündəmdədir.