BİRJA

03 May

Norveçin sərvət fondu Rusiya səhmlərini sata bilmir

Norveçin suveren sərvət fondu hazırda Rusiya səhmləri portfelini sata bilmir.

Fins.az xəbər verir ki, bu barədə fondun baş direktoru Nikolay Tangen bildirib.

Onun sözlərinə görə, belə aktivlər üçün bazar fəaliyyət göstərmir və bir çox firma qlobal sanksiyalar siyahısındadır.

Əlavə edək ki, Fondun 27 milyard Norveç kronu (2,86 milyard dollar) dəyərində Rusiya səhmləri var. Bu da onun ümumi dəyərinin 0,2%-nə bərabərdir