Dünyanın ən böyük neft idxalçısı olan Çində iqtisadi artımın ləngiməsi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri ucuzlaşıb.
Fins.az xəbər verir ki, “Brent” markalı neftin iyul müqaviləsində bir barelin qiyməti 1,21 dollar və ya 1,1% ucuzlaşaraq 105,93 ABŞ dolları olub.
WTI markalı neftin iyun müqaviləsində bir barelin dəyəri isə 99 sent və ya 1% azalaraq 103,70 ABŞ dollarına enib.