BİRJA

29 Aprel

“Bitkoin” bu ölkədə rəsmi valyutaya çevrilir

Mərkəzi Afrika Respublikası “Bitkoin”i qanuni ödəniş vasitəsi kimi təsdiqləyib.

Qanunvericilərin “Bitkoin”in qanuni ödəniş vasitəsi kimi qəbul edilməsinə yekdilliklə səs verməsi Mərkəzi Afrika prezidentliyinin bəyanatında bildirilib.

Qeyd edək ki, Salvador 2021-ci ilin sentyabrında “Bitkoin”i rəsmi valyuta kimi qəbul edən ilk ölkə olub. Beynəlxalq Valyuta Fondu da daxil olmaqla bir çox iqtisadçı bu addımı tənqid edərək bunun maliyyə qeyri-sabitliyi riskini artırdığını söyləyib.

İnternet istənilən kriptovalyutadan istifadə etmək üçün lazımdır, lakin WorldData veb saytına görə, 2019-cu ildə Afrikada insanların yalnız 4%-nin internetə çıxışı olub. Fransız analitik Tyerri Virkulon “AFP” xəbər agentliyinə deyib: “Sistemli korrupsiya və beynəlxalq sanksiyalarla üzləşən Rusiya tərəfdaşı nəzərə alındıqda, bu kontekst şübhə doğurur”.