BİRJA

26 Aprel

SOCAR istiqrazlarından  1,125 mln. dollarlıq kupon ödənişi

Beş illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.

SOCAR-dan “Fins.az"-a  verilən məlumata görə, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 mln. dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.

Bununla da, investorların ümumi qazancı 2,25 mln. dollara yüksəlmiş olacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 mln. dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.