BİRJA

26 Aprel

2027-ci ildə Avropada Rusiya qazı üçün hədəf

Avropa İttifaqının (Aİ) İqtisadiyyat Komissiyasının üzvü Paolo Gentiloni bəyan edib ki, ittifaq 2027-ci ilin sonunda Rusiya neft və qazından asılılıqdan qurtulmağı hədəfləyir.
"Fins.az" xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda, Avropanın Rusiya enerji resurslarından asılılığı gündəmdə qalır.

Bu istiqamətdə son bəyanatı Avropa İttifaqının (Aİ) İqtisadiyyat Komissiyasının üzvü Paolo Gentiloni verib.

İtaliya rəsmisi Il Messaggero qəzetinə verdiyi açıqlamada, Avropa İttifaqının ilin sonuna qədər Rusiya neft və qazından asılılığını üçdə iki azaltmağı və 2027-ci ilin sonuna qədər bu asılılıqdan tamamilə qurtulmağı hədəflədiyini açıqlayıb. .

Gentiloni həmçinin bildirib ki, Aİ 2022-ci il üçün əvvəlki artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirə bilər. Avropa İttifaqı yaz müddətli proqnozlarını mayın 16-da dərc edəcək.

Müəllif: Aynur Qəniyeva