BİRJA

21 Aprel

Binance Rusiya əməliyyatlarına limit qoyur

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance, AB-nin bu yaxınlarda açıqladığı sanksiya paketi çərçivəsində Rusiya vətəndaşları və qurumları tərəfindən ediləcək əməliyyatlara 10 min avro limit tətbiq etməyə hazırlaşır.
"Fins.az"xəbər verir ki,Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı son sanksiyaları elan etdikdən sonra Binance Rusiya vətəndaşlarına xidmətini məhdudlaşdıracaq.

Bloomberg-in mənbələrinə görə, Binance Rusiya vətəndaşları və qurumlarının əməliyyatlarını 10 min avro (10 885 dollar) limiti ilə məhdudlaşdıracaq.

Avropa İttifaqı daha əvvəl elan etdiyi beşinci sanksiyalar paketində Rusiyanın sanksiyaları aşmasına mane olan tədbirlərə diqqət yetirdiyini və sui-istifadə edilə biləcək boşluqları aradan qaldırmağı hədəflədiklərini açıqlayıb.