BİRJA

19 Aprel

Maliyyə Nazirliyi investorlardan 30,5 milyon manat cəlb edib

19 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108012946 ISIN-li, 30 milyon  manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Fins.az"xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 80.6956  AZN (10%) və 97.8613  AZN (5.495%) manat olan 13 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7348 AZN (6 %) manat, orta ölçülmüş qiyməti 96.0614 (5.9216%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 109 milyon 37 min 200 manat, yerləşdirilmiş həcmi isə 30 milyon 478 min 500 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 13 aprel 2027-ci ildir.

Hərrac iştirakçıları 20 aprel 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.