BİRJA

19 Aprel

"Freedom Finance Azerbaijan" ASC-yə çevrilərək ,1000 ədəd adlı səhm emissiya edib

"Freedom Finance Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətdən, Açıq Səhmdar Cəmiyyətə çevrilib.

"Fins.az "xəbər verir ki, bunu "Freedom Finance Azerbaijan" ASC-nin direktoru Vüsal Məmmədov deyib. 

O bildirib ki, "Freedom Finance Azerbaijan" ASC nominal dəyərii 258.40 AZN olmaqla 1000 ədəd adi sənədsiz adlı səhmlər emissiya edib. Hazırda şirkətin  nizamnamə kapitali 258 min 400 AZN təşkil edir.

Vüsal Məmmədov şirkətin kapitalının artırılması ilə bağlı açıqlama verərək  "Yaxın perspektivdə şirkət nizamnamə kapitalını artıracaq,"-deyə qeyd edib. 

Qeyd edək ki, "Freedom Finance Azerbaijan" ASC-nın səhmdarı 100% Freedom Holding Corp - şirkətinidir. "Freedom Holding Corp" ABŞ qeydiyyatlı şirkətdir və əsas səhmdarı Timur Turlovdur.