Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.
"Fins.az"xəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb.
Məlumata görə, şirkətin neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.
“Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib”, - deyə məlumatda qeyd olunur.