Ukrayna-Rusiya müharibəsi səbəbindən qlobal taxılın qiymətinin qalxması davam edir. Taxılın qiymətinin qalxması da qlobal inflyasiya proqnozu üçün yüksəliş riski kimi önə çıxır.
Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu taxılda artım qiymətlərin yeni həddi aşmasına səbəb olub.
"Fins.az" xəbər verir ki, Çikaqo fyuçerslərində qarğıdalı demək olar ki, on ildə ilk dəfə buşeli 8 dolları keçib. Beləliklə, Rusiya-Ukrayna müharibəsi qlobal təklifi təhdid etdiyi və ABŞ taxılına tələbi artırdığı üçün qarğıdalı qiymətləri rekord səviyyəyə yaxınlaşıb.
Qarğıdalı sonuncu dəfə rekordu 2012-ci ildə, ABŞ-ın orta qərbində quraqlıq və isti havanın əkinlərə zərər verdiyi zaman qırmışdı.
Xüsusilə Kanadada soyuq hava və qar yağması əkin işlərini yavaşlatdığından buğda fyuçersləri də yüksəlib. Müharibədən əvvəl dünyanın ən böyük ixracatçısı olan ABŞ-da qiymətlər artıq yüksəlirdi, çünki artan gübrə xərcləri əkin perspektivlərini zəiflətdi. Ukraynanın Rusiya tərəfindən işğalı ilə ixracın təxminən beşdə birindən məsul olan bölgədə kənd təsərrüfatı və ticarət axını pisləşib.
Yaz əkinləri də indi narahatlığa çevrilib. Qarğıdalı və buğda qiymətlərinin artması soya, şəkər və pambıq kimi məhsulları izləyən Bloomberg Kənd Təsərrüfatı Spot İndeksinin rekord həddə çatmasına səbəb olub.