BİRJA

18 Aprel

Qarğıdalı qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb

Ukrayna-Rusiya müharibəsi səbəbindən tədarük tərəfində ciddi problemlərin olacağına dair narahatlıqlara görə qarğıdalı qiymətləri artmağa davam edərək, son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
"Fins.az" xəbər verir ki, idxalçıların yaz əkininin aparıldığı ABŞ-dan kənarda tədarükdən asılılığı artıb. Hazırda ABŞ məhsulunun 2%-i becərilir.

Qağıdalının  iyul fyuçersləri Çikaqo Birjasında 0,8% artaraq 7,90 dollara çatıb ki, bu da 2012-ci ildən bəri ən çox satılan müqavilələr üzrə ən yüksək səviyyədir. Qiymətlər ard-arda dördüncü dəfə bahalaşaraq Rusiyanın Ukraynaya təcavüzündən sonra ən uzun müddətli dövrə bahalşma qeydə alınıb. 

İnvestorlar Ukraynadakı prosesləri nəzərə aldıqdan sonra buğda da 2,2% artaraq 11,28 dollar olub. Ukrayna hakimiyyətinin açıqlamalarına görə, həftələrlə davam edən müharibədən sonra Maripoldakı müdafiə bölmələri Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb.