ABŞ-da New York Fed-in istehsal fəaliyyəti mart ayında təəccüblü şəkildə azaldıqdan sonra aprel ayında kəskin yüksəlib.
"Fins.az"xəbər verir ki,ABŞ-da New York Fed Empire State istehsal indeksi aprel ayında 24,6-ya yüksəlib. Mart ayında Ukraynanın Rusiya tərəfindən işğalı səbəbindən indeks mənfi 11,8 dəyərində idi.
İndeksdə sıfırdan yuxarı dəyər sektorda artımı göstərir. Ödənilmiş qiymət indeksi 12,6 bənd artaraq 86,4-ə çatıb ki, bu da məlumatların saxlanmağa başladığı 2001-ci ildən bəri ən yüksək səviyyədir. Yeni sifarişlər indeksi 36,3 bənd artaraq 25,1-ə çatıb.
İstehsalçıların növbəti 6 ay üçün optimizmi 21 bənd azalaraq 15,2-yə düşüb ki, bu da pandemiyadan bəri ən aşağı səviyyədir.