BİRJA

14 Aprel

John Templton: Bütün cavabları bilən investor, sualı bilməyən investordur

Amerika və Britaniya investoru və filantorpudur. Öz sərvətinin çox hissəsini dini araşdırmalara və dini ehtiyaclara bağışlayıb. İqtisadi təhsili olan John Templton ilk dəfə xarici bazarlara yatırım ilə məşhurlaşıb. Hər kəsin Yaponiya və ümumi Asiya bazarından qaçdığı bir zaman John kapitalının 60% - ni Yaponiya iqtisadiyyatına yatırıb. Fuji Film, Hitachi və Sumitomo şirkətlərində böyük paketlərə qəpik ödəyən investor 10 ildən sonra böyük rəqəmlərə səhmləri satır.
Elə həmən illərdə yəni 1960 - cı illərdə ABŞ birjaları əsl “boom” yaşayırdılar və hər kəs alışlar edirdi. Templtondan başqa. Həmən illərin sonlarında ABŞ iqtisadiyyatı (1969-74) resessiya etməyə başladı və 70% - a kimi dəyər itirdi amma Templton əksinə xarici investisiyaları sayəsində böyük gəlirlər əldə edirdi. Onun investisiya strategiyasını aşağıda qeyd etdiyimiz sitatlarından anlaya bilərsiniz. 

1. Real gəlirlər üçün yatırım edin: “Hər bir uzunmüddətli investorun əsas məqsədi vergi çıxıldıqdan sonra maksimum gəlir əldə etməkdir”. 

2. Bu fikri yadda saxlayın: “Heç vaxt eyni növ aktivi və ya aktiv seçmə metodundan istifadə etməyin. Daha çox hərəkətli, skeptik və iti düşüncəli olun”.

3. Heç vaxt kütlənin arxasınca getməyin: “Əgər digərlərinin aldığı qiymətli kağızları alsanız sizin göstəriciləriniz hər kəsdəki kimi olacaq. Böyük nəticələr əldə etmək mümkünsüz olur əgər siz hər kəs kimi hərəkət edirsinizsə. Digərləri satanda almaq, digərləri alanda satmaq böyük ruh və əzmkarlıq tələb edir”.

4. Hər şey dəyişir: “Bear bazarları hər zaman bir müddətə qədər olur. Bull marketlər əksinə.

5. Populyarlıqdan qaçın: “Əgər hansısa səhm seçmək metodu populyar olursa deməli siz qeyri populyar metodları seçməlisniz”. 

6. Öz səhvlərinizdən öyrənin: “İndi vaxtı deyil ifadəsi bazar tarixinin ən bahalı ifadəsidir”.

7. Pessimizm zamanı alışlar: “Bull bazarları pessimizm zamanı yaranır, skeptisizmlə artır, optimizlə yetişir və eyforiyada ölür. Maksiumum optimizm anları satış, maksimum pessimizm anları isə alış üçün idealdır”.

8. Bütün dünyada axtarın:”Zamansız bütün yumurtaları eyni səbətə yığmaq səhvindən qaçmaq üçün bütün dünya üzrə axtarış edərək differensial portfel yığın. Siz bir ölkənin yox digər ölkələrdə də axtarış edəndə daha yaxşı əməliyyatlar tapırsınız və diversfikasiya edirsiniz”. 

9. Qiymətlərin və əməliyyatların ovu: “İnvestorların çoxu perspektivə və trendlərə diqqət edirlər. Bu yolla gəlirlərin çoxu qiymətə diqqət edilməklə əldə edilir. Fond bazarlarında əla əmaliyyatı tapmağın yeganə yolu digərləri satanda almaqdır”. 

10. Heç kim hər şeyi bilmir: “Bütün cavabları bilən investor sualı bilməyən investordu”. 

Bu sitatlar sizə həm psixoloji həm də əməliyyatlar zamanı qərarların qəbul olunması və başa düşmək baxımından çox kömək edə bilər. Templtonun idarə etdiyi “Templton growth fund” - a $10 000 yatırım etsəydiniz 1954-1999 - cu illər arasında sərvətiniz $2 milyona kimi dəyər qazanardı. ortalama olaraq isə 14.5% illik gəlir əldə edərdiniz. 

John Templton 1987 - ci ildə koroleva ikinci Elizabeth tərəfindən cəngavər rütbəsi ilə təltif olunub. 

Müəllif: Bayramlı Tamerlan