BİRJA

12 Aprel

BOKT “İnternational” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" QSC-nin ümumi dəyəri 2 000 000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

14 aprel 2022-ci il tarixində BOKT "İnternational" QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir